IMG-LOGO

Yaponiyada quş qripi səbəbindən 560 min toyuq məhv ediləcək

21 Feb 2026 08:56 2 baxış
IMG

İvate prefekturasının hakimiyyət orqanları yerli fermaların birində quş qripi epidemiyası aşkar edildikdən sonra təxminən 560 min toyuğu məhv edəcək.

"Report" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, xəstəlik Kaneqasaki qəsəbəsindəki quşçuluq fermasında aşkar edilib.

Görülən tədbirlərə baxmayaraq, Yaponiyada bu xəstəliyə mütəmadi olaraq rast gəlinir. Hər payız və qış aylarında infeksiyaya yoluxmuş milyonlarla toyuq məhv edilir.

Xəbər lenti