IMG-LOGO

Tramp bütün ölkələrdən idxala 10 % rüsum tətbiq olunması barədə fərman imzalayıb

21 Feb 2026 04:20 3 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp bütün ölkələrdən gələn idxala 10 %-lik rüsumların tətbiqini nəzərdə tutan fərman imzaladığını bəyan edib.

"Report" xəbər verir ki, Tramp bununla bağlı müvafiq paylaşımı fevralın 20-də "Truth Social" şəbəkəsində edib.

Ağ Ev rəhbərinin sözlərinə görə, o, Oval kabinetdə bütün ölkələrə qarşı tətbiq olunacaq və demək olar ki, dərhal qüvvəyə minəcək 10 %-lik qlobal rüsum haqqında fərman imzalayıb.

Bundan əvvəl Amerika lideri, ABŞ Ali Məhkəməsinin prezident administrasiyası tərəfindən idxal rüsumları mexanizminin tətbiqinə qarşı çıxardığı qərar fonunda ölkəyə gələn bütün idxala 10 % həcmində rüsum tətbiq edəcəyini bildirmişdi. Onun sözlərinə görə, bu rüsum üç gündən sonra qüvvəyə minməlidir. Ağ Ev rəhbəri izah edib ki, bu zaman "milli təhlükəsizlik"lə bağlı tarifləri qüvvədə saxlayacaq.

ABŞ Ali Məhkəməsi cümə günü prezident administrasiyasının beynəlxalq fövqəladə hallar zamanı iqtisadi səlahiyyətlər haqqında qanunu bəhanə gətirərək digər ölkələrə qarşı idxal rüsumları tətbiq etməsini səlahiyyətlərin aşılması kimi tanıyıb. Eyni zamanda, Ali Məhkəmə instansiyası ABŞ-nin daha əvvəl rüsum şəklində ödənilmiş vəsaitləri geri qaytarıb-qaytarmamalı olduğuna aydınlıq gətirməyib.

Xəbər lenti