IMG-LOGO

KİV: Rusiyada "İsgəndər" raketinin istehsal edildiyi zavoda PUA hücumu olub

21 Feb 2026 03:13 4 baxış
IMG

Naməlum pilotsuz uçuş aparatları Rusiyanın Udmurtiya Respublikasındakı Votkinsk şəhərinə hücum edib.

"Report" xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Breçalov məlumat verib.

"Operativ məlumatlara görə, dağıntılar və xəsarət alanlar var. Hər kəsə lazımi köməklik göstərilir", – deyə o bildirib.

Yerli "Telegram" kanallarında hadisə şahidləri azı üç partlayış barədə məlumat verirlər. Sosial şəbəkələrdə yayılan görüntülərdə zərbələrin "İsgəndər" raket komplekslərinin istehsal olunduğu "Votkinsk" zavoduna endirildiyi qeyd olunur.

Xəbər lenti