IMG-LOGO

Britaniya həbsxanalarında radonun təhlükəli konsentrasiyası aşkarlanıb

20 Feb 2026 22:19 2 baxış
IMG

Böyük Britaniya həbsxanalarında xərçəng xəstəliyinin inkişaf riskini artıra bilən radon qazının təhlükəli konsentrasiyası aşkar edilib.

"Report" xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.

Məlumata görə, İngiltərənin 16 həbsxanasında radioaktiv qazın təhlükəli səviyyəsi qeydə alınıb. Hökumət radon konsentrasiyasının icazə verilən normalardan yuxarı olduğunu etiraf edib.

Bəzi cəzaçəkmə müəssisələrində qazın səviyyəsi normanı doqquz dəfə üstələyib. İki həbsxananın məhkumları artıq islah müəssisələrinin rəhbərliyinə qarşı iddia xahişi ilə vəkillərə müraciət ediblər.

Bu işlə məşğul olan hüquqşünaslar bildiriblər ki, məhkumların xırıltı, yorğunluq, qanlı öskürəkdən şikayətləri daxil olub. Vəkillər həmçinin qeyd ediblər ki, bəzi həbsxanalarda məhkumlara radonla bağlı monitorinq aparıldığı deyilib və məhkumlar fövqəladə vəziyyət barədə ətraflı məlumat əldə edə bilməyiblər.

Qeyd edək ki, hələ 2024-cü ildə Prinstaundakı "HMP Dartmoor" kişi həbsxanasında radonun təhlükəli səviyyəsi qeydə alınıb, bundan sonra 200-dən çox məhkum təxliyə edilib. Radon qazına tez-tez "HMP Dartmoor" həbsxanasının yerləşdiyi Dartmur kimi qranit konsentrasiyası yüksək olan ərazilərdə rast gəlinir.

Xəbər lenti