IMG-LOGO

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

20 Feb 2026 23:03 2 baxış
IMG

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.

"Report" xəbər verir ki, bu, "Gəncə" və "Şəki" arasında keçirilən yarımfinal oyunundan sonra bəlli olub.

Bakı İdman Sarayında təşkil olunan matçda rəqibini 97:71 hesabı ilə məğlub edən Gəncə kollektivi adını finala yazdırıb.

Qərb təmsilçisinin həlledici raunddakı rəqibi "Ordu"nu 83:66 hesabı ilə üstələyən "Sabah" kollektivi olacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunun finalı fevralın 22-də keçiriləcək. Bu görüş saat 17:00-da başlayacaq.

Xəbər lenti