IMG-LOGO

Macarıstan Aİ-nin Ukraynaya 90 milyard avro ayırmasını bloklama səbəbini açıqlayıb

20 Feb 2026 23:03 2 baxış
IMG

Ukrayna "Dostluq" boru kəməri ilə Rusiya neftinin tranzitinə mane olduğu üçün Macarıstan hökuməti Avropa İttifaqının (Aİ) Kiyevə 90 milyard avro ayırmasını bloklayıb.

"Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

"Ukrayna "Dostluq" boru kəməri ilə neft tədarükünü bərpa edənə qədər ona 90 milyard avro məbləğində hərbi kreditin verilməsini bloklamaq qərarına gəldik. Macarıstana neft tədarükü bərpa olunana qədər Ukrayna 90 milyard avro məbləğində hərbi kreditə çıxış əldə etməyəcək", - XİN başçısı "M1" telekanalında yayımlanan videomüraciətdə deyib.

Daha əvvəl "Financial Times" qəzeti yazıb ki, Macarıstan son anda Aİ büdcəsinin təminatı altında Ukraynaya birgə borcun buraxılmasına veto qoyub.

Xəbər lenti