IMG-LOGO

Tramp Ali Məhkəmənin rüsumlarla bağlı qərarını "biabırçı" adlandırıb

20 Feb 2026 21:04 3 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp ölkənin Ali Məhkəməsinin xarici dövlətlərdən gələn mallara tətbiq edilən rüsumlarla bağlı qərarını "biabırçı" adlandırıb.

"Report" bu barədə"NBC News"a istinadən xəbər verir.

Məlumata görə, ABŞ Prezidenti hər iki partiyanı təmsil edən bir qrup qubernatorla görüşüb və bu gün iştirakçılara onun ehtiyat planının olduğunu bildirib.

Daha əvvəl ABŞ Ali Məhkəməsi Trampın 2025-ci ildə xarici dövlətlərin mallarına rüsumların tətbiqi barədə qərarını qanunsuz hesab edib. Bu fikri altı hakim səsləndirib, üç hakim isə əks mövqedə olub.

Ağ Ev hələlik bu qərarı rəsmi şərh etməyib.

Xəbər lenti