Voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasında XIV tura yekun vurulub.
"Report" xəbər verir ki, günün ilk matçında "Turan" Tovuzda UNEC kollektivini 3:0 (25:10, 25:18, 25:14) hesabı ilə üstələyib.
Ardınca isə "Murov Az Terminal" "Milli Aviasiya Akademiyası" komandasını 3:2 (22:25, 22:25, 26:24, 25:20, 15:10) hesabı ilə məğlub edib.
Qeyd edək ki, turun dünən baş tutan görüşlərində "DH Volley" "Gənclər"ə 3:0, "Abşeron" isə "Azərreyl"ə 3:2 hesabı ilə qalib gəlib.