Ötən il Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 880 manat təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 633 manat, özəl sektorda isə 2 044 manat olub.
2024-cü illə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 12,5 %, o cümlədən dövlət sektorunda 9,6 %, özəl sektorda isə 13,6 % artıb.
2026-cı il yanvar ayının 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,5 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 0,6 % çoxdur.