Əfqanıstanda Hinduquş dağlarında 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələ ocağı 87 km dərinlikdə yerləşib.
ESMC-nin məlumatına görə, episentr təxminən 108 min nəfərin yaşadığı Bağlan şəhərindən 111 km cənub-şərqdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.