Bu ilin yanvar ayında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 204,2 milyon manatlıq məhsul istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur.
2026-cı ilin yanvar ayında sektorun Ümumi Daxili Məhsulda (ÜDM) payı 2,2 % təşkil edib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda 9,1 milyard manatlıq və yaxud illik müqayisədə 1,7 % çox ÜDM istehsal olunub.