IMG-LOGO

Azərbaycanda informasiya və rabitə sektoruna investisiya qoyuluşu 2 dəfədən çox artırılıb

20 Feb 2026 17:43 5 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycanın informasiya və rabitə sektoruna 74,3 milyon manat investisiya qoyulub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Bu sektora yatırılan investisiyaların ölkə iqtisadiyyatına investisiya qoyuluşunda payı 5,3 % təşkil edib.

2025-ci ildə sektora investisiya qoyuluşu 373,6 milyon manat olub. Bu, 2024-cü illə müqayisədə 46,7 % azdır.

Xəbər lenti