IMG-LOGO

Azərbaycanda əmtəəlik qaz hasilatı 9 %-ə yaxın artıb

20 Feb 2026 16:41 2 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycanda 4 milyard 274,2 milyon kubmetr təbii qaz hasil edilib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 3 milyard 382 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 7,4 %, əmtəəlik qaz hasilatı isə 8,7 % artıb.

Ötən ay Azərbaycanda 2 milyon 252,4 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 2 milyon 247,9 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2024-c5 ilin yanvar ayının göstəricisi ilə müqayisədə müvafiq olaraq 2,4 % 2,3 % azdır.

Xəbər lenti