IMG-LOGO

Dövlət Vergi Xidməti şikayət edilən inzibati orqanlar arasında III yerdədir

20 Feb 2026 15:43 3 baxış
IMG

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti şikayət edilən inzibati orqanlar arasında III yerdədir.

"Report" xəbər verir ki, bunu qurumun rəis müavini Samirə Musayeva Bakıda keçirilən "Azərbaycan Hakimlərinin II Forumu"nda bildirib.

"Buna səbəb ola bilsin ki, fəaliyyətimizin əhatə etdiyi subyektlərin sayının çoxluğu, iqtisadi münasibətlərin mürəkkəbliyi, maliyyə sahəsində baş verən bəzi halların bir çox hallarda peşəkar dəstəyə əsaslanması, çoxşaxəli sxem əsasında olmasıdır. Məhkəmə təcrübəsinin inzibati orqan kimi vergi orqanının fəaliyyətində nəzərə alınmasına gəldikdə isə, biz əslində bu təcrübəmizi məhkəmələrlə vaxtaşırı bölüşürük. Vergi qanunvericiliyinə hər il edilən dəyişikliklərin bir qismi məhz məhkəmə təcrübəsindən irəli gələn dəyişikliklərlə bağlıdır", - deyə o qeyd edib.

Xəbər lenti