Avstriyanın Avropa və beynəlxalq işlər üzrə federal naziri Beate Maynl-Rayzinqer Ukraynaya işgüzar səfər edib.
"Report" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Kiyevə xoş gəlmisiniz, Beate Maynl-Rayzinqer! Avstriya neytralitetin biganəlik demək olmadığını nümayiş etdirən əsl dostumuz və tərəfdaşımızdır. Avstriyaya və Beateyə şəxsi liderliklərinə görə minnətdaram. Ümid edirəm ki, bugünkü danışıqlar səmərəli olacaq və Ukrayna-Avstriya tərəfdaşlığının inkişafına töhfə verəcək", - o yazıb.
Maynl-Rayzinqer daha əvvəl 2025-ci ilin mart və avqust aylarında Ukraynaya səfər edib.