Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Zibeydə Əhmədovanın nəşinin qalıqları bu gün ailəsinə təhvil vertilib.
Lent.az APA-ya istinadla bildirir ki, şəhidlə vida mərasimi keçirilib.
Şəhidin qalıqları Xocalı Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində rayon sakinləri, rəsmi şəxslər və şəhidin yaxınları iştirak ediblər.
Qeyd edək ki, 1938-ci il təvəllüdlü Əhmədova Zibeydə Bədəl qızı 26 fevral 1992-ci ildə baş vermiş Xocalı soyqırımında itkin düşüb.
Xocalı soyqırımı itkin düşənlər


