IMG-LOGO

Bu üç problem yalnız çox ağıllı insanlarda olur

20 Feb 2026 12:40 2 baxış
IMG
0 0

Bəzən xarakter və davranışdakı çətinliklər yüksək zəkanın, dərin düşüncənin və dünyanı qeyri-standart qavramağın əlaməti ola bilər. Yüksək intellekt yalnız uğur, nailiyyət və düzgün qərarlarla ölçülmür. Ağıllı olmaq çox vaxt başqalarının asanlıqla fərq etmədiyi daxili çətinlikləri də özü ilə gətirir. Yüksək intellektə malik insanlar dünyanı fərqli qəbul edir, hadisələri daha dərindən analiz edir, ədalətsizliyə, xaosa və qeyri-müəyyənliyə daha həssas reaksiya verirlər. Məhz bu səbəbdən onların həyatında əksər insanlarda nadir rast gəlinən problemlər ortaya çıxa bilər.

Lent.az ağıllı insanlara xas olan problemlər barədə xəbər verir.

Düşüncələrin dayanmadan beynin içində fırlanması

Zəkası yüksək olan insanlar demək olar ki, heç vaxt düşünməyi “söndürə” bilmirlər. Onlar söhbətləri, davranışları, gələcəkdə mümkün ssenariləri və başqalarının diqqət etmədiyi xırda detalları davamlı şəkildə analiz edirlər.

Bu isə bir sıra hallara gətirib çıxarır: daxili psixoloji yüklənmə; rahatlaşa bilməmək; yuxu problemləri; daimi gərginlik hissi.

Belə insanların beyni fasiləsiz işləyən, gözləmə rejimi olmayan güclü kompüter kimidir. Bu, daha dərin və dəqiq qərarlar verməyə imkan yaratsa da, eyni zamanda psixoloji yorğunluq da artır.

İnsanlar arasında özünü tənha hiss etmək

İntellekt səviyyəsi yüksəldikcə həqiqi qarşılıqlı anlaşma tapmaq çətinləşir. Çox ağıllı insanlar dostlar və ailə üzvləri arasında belə tez-tez özlərini yad hiss edirlər.

Bunun səbəbləri sadədir: onların maraq dairəsi və söhbət mövzuları daha dərindir, səthi münasibətləri sevmirlər; düşüncə tərzləri daha mürəkkəbdir; dəyərləri cəmiyyətdə qəbul olunmuş normalardan ciddi şəkildə fərqlənə bilər.

Bu insanlar ideyalarını hər zaman bölüşə bilmirlər, çünki qəribə, həddindən artıq ciddi və ya fərqli görünməkdən çəkinirlər. Nəticədə, sosial cəhətdən aktiv olsalar belə, daxili təcrid hissi yarana bilər.

Həddindən artıq özünütənqid və qərarlara şübhə

Zəkası yüksək olan insanlar nadir hallarda özlərindən tam razı qalırlar. Onlar təkcə əldə edilən nəticəni deyil, daha yaxşı ola biləcək bütün alternativ variantları da görürlər.

Bu isə aşağıdakı hallara səbəb olur:

Verilən qərarların doğruluğuna şübhə; səhv etmək qorxusu; qərarların təxirə salınması;  mükəmməlliyə daimi canatma.

Paradoks ondadır ki, ən dərin düşünən insanlar çox vaxt öz bacarıqlarına digərlərindən daha çox şübhə edirlər. Çünki onlar dünyanın nə qədər mürəkkəb və çoxölçülü olduğunu daha aydın dərk edirlər.

ağıllı insan

Xəbər lenti