Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 21,5 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 28 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana mineral məhsul tədarük edən ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.
Ötən ay Gürcüstan xarici ölkələrdən 313 milyon ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bu da 1 il əvvələ nisbətən 2 dəfə çoxdur.
Hesabat dövründə Gürcüstan Rusiyadan 117 milyon ABŞ dolları, Rumıniyadan 42,5 milyon ABŞ dolları, Türkiyədən 37 milyon ABŞ dolları, Yunanıstandan 19 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,95 milyard ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bunun da 238 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.