Son günlər Azərbaycan ABŞ münasibətlərində müşahidə olunan qarşılıqlı və sıx əməkdaşlıq təəssüflər olsun ki, anti-milli ünsürlər tərəfindən narahatçılıqla qarşılanıb. Təsadüfü deyil ki, Qarabağ münaqişəsi zamanı da Azərbaycanın deyil erməni maraqlarından çıxış edən bu anti-millətçilərin ABŞ da sərgilədikləri “performansa” ilkin reaksiyada məhz erməni lobbi təşkilatında təmsil olunan dostlarından gəlib. Bu barədə açıqlama verən “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli deyib:
“Bildiyiniz kimi, ANCA ABŞ Konqresində Ermənistanın maraqlarını müdafiə edən əsas lobbi qurumlarından biri kimi mütəmadi anti Azərbaycan mövqeyində çıxış edir. Təşkilat Qarabağ məsələsi və regional təhlükəsizlik mövzularında Azərbaycana qarşı tənqidi mövqe sərgiləyir, rəsmi Vaşinqtonu Bakıya qarşı məhdudlaşdırıcı tədbirlər görməyə və Ermənistanla əməkdaşlığı genişləndirməyə çağırır. Maraqlıdır ki, anti-Azərbaycan mövqeyində olan bir qrupun səsinə ilk dəstək olanda məhz erməni lobbisi olub. Təbii ki, bu da aksiyada qeyri-əxlaqi hərəkətlər göstərən bu insanların maliyyəçisinin və sifarişçisinin hansı təşkilat olmasını bir daha təsdiqləyir”.
QHT sədrinin onu da vurğulayıb ki, bəzi azərbaycanlıların erməni lobbisinin sirafişi ilə hərəkətlənməsinə səs verən digər şəxsin ANCA ilə yaxın mövqedən çıxış edən siyasətçilərdən biri də Nümayəndələr Palatasının üzvü Frank Pallonenin olması artıq bir sıra məqamlara işıq salır:
“ Nümayəndələr palatasının üzvü Pallonenin növbəti dəfə cəld reaksiyası bu aksiyanın sifarışlı olduğunu bir daha təsdiqləyir. Bildiyiniz kimi Palone Xocalı soyqırımını inkar edən, Azərbaycana qarşı tətbiq edilən 907-nin müəlliflərindən biridir. O, mütəmadi olaraq, müxtəlif çıxış və təşəbbüslərində Azərbaycanı tənqid edərək, Ermənistanın təhlükəsizliyi və ABŞ yardımının artırılması ilə bağlı çağırışlar edir.
Müşahidələr göstərir ki, ANCA-nın təşviq etdiyi siyasi xətt və Frank Palloneun mövqeyi bir çox hallarda üst-üstə düşür və bu da ABŞ Konqresində Azərbaycana münasibətdə müəyyən tənqidi yanaşmanın formalaşmasına təsir göstərir. Təssüflər olsun ki, xaricdə ölkə adına ləkə vuran, Azərbaycan maraqlarını öz maraqlarından üstün tutan bəzi anti-Azərbaycan qrupları bu gün erməni lobbisinin alətlərindən birinə çevrilib.”
“İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli ANCA ABŞ Konqresi Frank Pallone