IMG-LOGO

Ən xoşbəxt cütlüklər səhərlər bu 7 şeyi edirlər

20 Feb 2026 12:19 5 baxış
IMG
0 0

Mütəxəssislərin fikrincə, münasibətlərdə emosional tonu məhz səhər saatları müəyyən edir. Psixoloqlar bildirirlər ki, günə necə başlamaq cütlüklər arasında yaxınlıq, dəstək və birlik hissinə birbaşa təsir göstərir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, amerikalı psixoloq Mark Travers ən xoşbəxt münasibətlərdə olan cütlüklərin səhər saatlarında etdikləri, lakin çoxlarının diqqətdən kənarda qoyduğu 7 əsas davranışı sadalayıb.

Psixoloqun sözlərinə görə, “ən xoşbəxt cütlüklər səhəri elə qururlar ki, evdən çıxarkən özlərini eyni komandanın üzvü kimi hiss etsinlər”.

Ən xoşbəxt cütlüklərin səhər etdikləri 7 şey

Bir-birinin yanından tələsik keçmirlər

Səhər tələsik anlarda belə, partnyoru yol üstündə aşılmalı maneə kimi görmürlər. Gərgin günlərdə belə, iş rejiminə keçməzdən əvvəl bir-birinə diqqət ayırmağa çalışırlar.

Danışmazdan əvvəl “eyni ritmə düşürlər”

Səhər ciddi söhbətlər üçün ideal vaxt sayılmır. Oyanışdan sonra kortizol səviyyəsi yüksəlir və bədən stressə daha həssas olur. Xoşbəxt cütlüklər bunu intuitiv olaraq anlayır və şikayət və ya təşkilati mövzulara keçməzdən əvvəl birlikdə sakit anlar yaşayırlar: divanda qəhvə içir, səssizcə yanaşı oturur və ya gündəlik işlərini eyni məkanda görürlər.

Hisslərini bir səmimi cümlə ilə bölüşürlər

Uzun emosional söhbətlər əvəzinə, yüngül, amma dürüst ünsiyyətə üstünlük verirlər. Hər partnyor həmin günkü vəziyyəti ilə bağlı bir hissini qısa şəkildə ifadə edir.

Kiçik bir səhər ritualına sadiq qalırlar

Bu, yataqdan qalxmazdan əvvəl beş dəqiqə qucaqlaşma, birlikdə itlə gəzinti və ya sevdikləri musiqi altında səhər yeməyi hazırlamaq ola bilər. Əsas şərt odur ki, bu ritual sadə və hər gün təkrarlana bilən olsun.

Toxunuşdan təkcə sağollaşmaq yox, tarazlanmaq üçün istifadə edirlər

Bir çox münasibətdə səhər fiziki yaxınlıq tələsik bir öpüşlə məhdudlaşır. Xoşbəxt cütlüklər isə toxunuşu şüurlu şəkildə emosional sabitlik və sakitləşmə vasitəsi kimi istifadə edirlər.

Səhəri fərdi yarış yox, ortaq iş kimi görürlər

Uşaqları yola salmaq, ev heyvanlarını yemləmək və ya nahar hazırlamaq kimi işlər varsa, onları bölüşdürür və tərəflərdən biri çətinlik çəkəndə planı çevik şəkildə dəyişirlər.

Günün əvvəlində bir-birinə dəstək hissi verirlər

Ayrılmadan öncə mütləq kiçik, amma konkret dəstək mesajı verirlər: “Bugünkü təqdimatda uğurlar”, “Bunun öhdəsindən gələcəksən”, “Ehtiyacın olsa, mənə yaz”.

Psixoloqlar vurğulayırlar ki, bu kiçik, lakin davamlı səhər vərdişləri münasibətlərdə emosional yaxınlığı gücləndirir və cütlüklərin günə daha sakit və güvənli başlamasına kömək edir.

cütlük münasibət

Xəbər lenti