IMG-LOGO

Baş nazir: Yaponiya müdafiə qabiliyyətini köklü şəkildə möhkəmləndirməlidir

20 Feb 2026 10:36 5 baxış
IMG

Yaponiya Baş naziri Sanae Takaiti ölkənin müdafiə qabiliyyətini köklü şəkildə möhkəmləndirməyin zəruriliyini bəyan edib.

"Report" Yaponiya KİV-lərinə istinadən xəbər verir ki, o bunu parlamentdə çıxışı zamanı bildirib.

"Ölkəmiz özünümüdafiənin köklü şəkildə möhkəmləndirilməsini irəlilətməlidir. Bunun üçün bu il ərzində biz təhlükəsizlik strategiyasına dair üç sənədə dəyişikliklər edəcəyik", - Baş nazir deyib.

Yaponiya strateji təhlükəsizliyə dair üç sənədi 2022-ci ilin dekabrında qəbul edib. Takaiti indiki beynəlxalq vəziyyəti nəzərə alaraq onların düzəldilməli olduğunu israr edir.

Xəbər lenti