IMG-LOGO

"Yeni Bakı yaşayış massivi"ndə yanğın: ölən var - YENİLƏNİB

05 Feb 2024 19:10 290 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının yeddimərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzildə baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın genişlənərək mənzilin digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Hadisə zamanı tüstüdən boğulan 92 yaşlı  Ə.Mehdiyevin meyiti aşkar olunub.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Hadisə ilə bağlı müvafiq qurumlar təhqiqat aparır.

***

18:55

Abşeronda baş verən yanğında 1 nəfər ölüb.

Lemt.az APA-y aistinadla xəbər verir ki, hadisə "Yeni Bakı yaşayış massivi"ndə qeydə alınıb.

Yanğın nəticəsində 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) ölüb. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb.

Mənbə: lent.az

Xəbər lenti