Göyçay rayonunda Şirvan kanalının yarılması nəticəsində baş verən fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, bu barədə Göyçay Şirvan Suvarma İstismarı İdarəsindən bildirilib.
Qurumdan verilən məlumata əsasən, Yuxarı Şirvan kanalının həmin hissəsində suyun səviyyəsi azaldılıb, bənd möhkəmləndirilib və su axınının qarşısı alınıb.
Bildirilib ki, hazırda kanalın sahilində son bərkitmə işləri aparılır.
Xatırladaq ki, hadisə ötən gün kanalın rayonun Şahədət Qarabağlar kəndi ərazisindən keçən hissəsində baş verib.
Mənbə: report.az