IMG-LOGO

Azərbaycan oxatanları Avropa çempionatında növbəti mərhələyə yüksəliblər

17 Feb 2026 16:17 5 baxış
IMG

Bolqarıstanın Plovdiv şəhərində qapalı məkanda keçirilən kamandan oxatma üzrə Avropa çempionatında Azərbaycan millisinin üzvləri təsnifat mərhələsini uğurla başa vurublar.

"Report" Azərbaycan Kamandan Oxatma Federasiyasına istinadən xəbər verir ki, Məhəmmədəli Əliyev təsnifat mərhələsində 577 xal toplayaraq 20-ci yerdə qərarlaşıb və adını 1/16 finala yazdırıb.

Gənclər (U-21) kateqoriyasında çıxış edən Fatimə Hüseynli 567 xalla 12-ci olub.

Nilufər Ağaməmmədli isə 536 xal toplayaraq turniri 31-ci sırada başa vurub və beynəlxalq reytinqdəki mövqeyini qoruyub.

Xəbər lenti