IMG-LOGO

İspaniyadakı kokain əməliyyatından sonra Türkiyə də hərəkətə keçib

18 Jan 2026 17:49 5 baxış
IMG

İspaniya təhlükəsizlik qüvvələri tərəfindən beynəlxalq sularda üzən gəmidə həyata keçirilən əməliyyatlara Türkiyə də qoşulub.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də məlumat yayıb.

Belə ki, İspaniya tərəfindən 13 heyət üzvünün tutulmasından sonra İstanbul, Mersin, Tekirdağ, Kocaeli, Sakarya və Hatayda eyni zamanda keçirilən əməliyyatlarda 7 şübhəli saxlanılıb.

Xatırladaq ki, yanvarın 12-də İspaniyanın saxladığı heyətə 4 türk, 1 serb, 1 macar və 7 hindistanlı daxil idi. Atlantik okeanı sularında saxlanılan gəmidə duz yükünün arasında gizlədilən təxminən 10 ton kokain aşkarlanıb.

Xəbər lenti