IMG-LOGO

Bu tərəvəz xolesterol səviyyəsini azaldır

05 Feb 2024 17:06 149 baxış
IMG

Mütəxəssislər yüksək xolesterolu olan insanlar üçün həyati əhəmiyyət kəsb edən tərəvəzi açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, soğan yemək pis xolesterini azaltmağa və yaxşı xolesterolu artırmağa kömək edə bilər.

2021-ci ildə nəşr olunan təhlilə görə, soğan xolesterol səviyyəsini azaltmaqda təsirli ola bilər. Bununla belə, soğanın trigliserid səviyyələrinə təsirini tam anlamaq üçün araşdırmalar davam edir. Buna baxmayaraq, həkimlər xolesterolu nəzarət altına almaq və immunitet sistemini gücləndirmək üçün qida rasionuna mümkün qədər tez-tez soğan daxil etməyi məsləhət görürlər.

Mənbə: lent.az

Xəbər lenti