IMG-LOGO

Yuxuda danışmağımızın SƏBƏBİ – Alimlər açıqladı

02.02.2024 14:08 100 baxış
IMG

Tədqiqatçılar insanların niyə yuxuda danışdıqlarını aşkar ediblər. 

Lent.az xəbər verir ki, əksər vaxt yuxuda olan söhbətlərin çoxu heç bir məna kəsb etmir.

Araşdırmalar göstərir ki, söhbətlər əvvəlki davranışları və ya xatirələri əks etdirmir .

“Yəni işdə pis gün keçirmisinizsə və ya ailə münaqişəsi yaşamısınızsa. Bu o demək deyil ki, yuxunuzda bu barədə danışacaqsınız”, - tədqiqatçılar bildirib.

Mütəxəssislərin fikrincə, yuxuda danışmağa başladığınız yaş vacibdir. Əgər bütün həyatınız boyu yuxuda danışırsınızsa, narahat olacaq bir şeyiniz yoxdur.

Bu fenomen adətən uşaqlar və yeniyetmələr arasında yayğındır. 3-10 yaşlı uşaqların təxminən 50% -i yuxuda danışır. Bu, əsasən 20-30 yaşları arasında, bir tərəfdaşla yaşamağa başlayanda aşkar edilir. 

Ancaq 50 yaşdan yuxarısınızsa və yuxuda qəfil danışmağa başlasanız, bu, Parkinson xəstəliyi və ya demans kimi tibbi vəziyyətin əlaməti ola bilər.

Yuxuda danışmaq tez-tez digər yuxu problemləri ilə əlaqələndirilir. Əgər yuxuda qışqırmaq və daimi hərəkət olarsa, yəqin ki, bu psixoloji bir problemdən xəbər verir.    

Xəbər lenti