IMG-LOGO

Ötən ay 21 nəfər COVID-dən ölüb

02 Feb 2024 10:40 99 baxış
IMG

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 ayda (31.12.2023-31.01.2024) 325 yeni yoluxma faktı qeydə alınıb, 217 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 834 630 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 824 089 nəfər müalicə olunaraq sağalıb, 10 400 nəfər vəfat edib, aktiv xəstə sayı 141 nəfərdir.

Ölkədə son ay ərzində 14 333, hazırkı dövrədək isə 7 748 050 test aparılıb.

Xəbər lenti