Macarıstanın Baş naziri Viktor Orban Brüsseli macar ailələrindən Ukraynaya pul göndərmək cəhdində günahlandırıb.
"Report" xəbər verir ki, bu barədə siyasətçi sosial media hesabında yazıb.
"Brüssel bürokratları ailələrimizdən pul alıb Kiyevə göndərməyə çalışırlar. Brüssel ailəni birinci yerə qoymağı bidət adlandırır. Biz bunu sağlam düşüncə adlandırırıq", - deyə Macarıstanın baş naziri yazıb.
Viktor Orban əvvəllər Macarıstanda Avropa İttifaqının Ukraynaya vəsait ayırmasına etiraz olaraq ümumxalq petisiyası üçün imza toplandığını açıqlamışdı. Macarıstan vətəndaşlarının fikirlərini əks etdirən sənəd Brüsselə göndəriləcək. Bu hökumət təşəbbüsünün nəticələri 12 aprelə təyin olunmuş Macarıstan parlament seçkiləri ərəfəsində açıqlanacaq.