Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə Özbəkistanda diqqət çəkən hədiyyə verilib.
Lent.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə X-da paylaşım edib.
“Cənab Prezidentin Özbəkistana dövlət səfərindən gözəl xatirə”, - deyə o, paylaşımında qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasında dövlət səfərindədir.
https://x.com/HikmetHajiyev/status/2091460534331998484Hikmət Hacıyev Özbəkistan qələm
Mənbə: lent.az