Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.
Bu barədə APA-nın Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir.
“Daşkənd-Xumo” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşıladılar.
https://t.me/lent_az/78432Sizin brauzer video tagını dəstəkləmir. Prezident İlham Əliyev İlham Əliyevin Özbəkistan səfəri Azərbaycan-Özbəkistan münasibətləri




Mənbə: lent.az