IMG-LOGO

Göyçayda qəza: 4 nəfər xəsarət aldı

23 Aug 2026 09:49 2 baxış
IMG
3 0

Göyçayda avtomobil qəzası baş verib.

Lent.az APA-ya istinadən  xəbər verir ki, hadisə dünən gecə saatlarında Bakı–Şamaxı–Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "Kia" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən yaralılar avtomobillərdə sıxılı vəziyyətdə qalıb. Yaralılar ətrafdakı insanların köməyi ilə avtomobillərdən çıxarılıb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Göyçay qəza

Mənbə: lent.az

Xəbər lenti