IMG-LOGO

İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət etdi - VİDEO

23 Aug 2026 13:52 2 baxış
IMG
4 0

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

Lent.az xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Qeyd edək ki, bu abidə Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində ucaldılıb. Müstəqillik abidəsini sülh, azadlıq, xeyirxahlıq və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır. Abidə Prezident Şavkat Mirziyoyevin tapşırığı ilə layihələndirilib.

https://t.me/lent_az/78436

 

Prezident İlham Əliyev Daşkənd Müstəqillik abidəsi

Mənbə: lent.az

Xəbər lenti