Böyük Britaniya hökuməti İran ətrafındakı gərginliyi nəzərə alaraq Kiprdəki Akrotiri aviabazasına əlavə qırıcı təyyarələr yerləşdirib.
"Report" xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, "Eurofighter Typhoons" təyyarələrinin olduğu Akrotiri aviabazasına altı ədəd "RAF F-35B" qırıcısı 6 fevralda İngiltərənin şərqindəki Marham hava bazasından yola düşüb.
Xatırladaq ki, yanvarın 22-də Böyük Britaniya Müdafiə Nazirliyi yerli hakimiyyət orqanlarının xahişi ilə Qətərə "Eurofighter Typhoon" qırıcı təyyarələrinin yerləşdirildiyini elan edib.