ABŞ Prezidenti Donald Trampın administrasiyası, Hindistan Rusiya neftini almağa davam edərsə, ona qarşı tədbirlər görməyə, o cümlədən mallarına 25% əlavə idxal rüsumlarını bərpa etməyə hazır olacaq.
"Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanan və dərc edilən sərəncamda bildirilir.
"Əgər ABŞ ticarət katibi Hindistanın Rusiyadan birbaşa və ya dolayı yolla neft idxalını bərpa etdiyini müəyyən edərsə, dövlət katibi xəzinədarlıq, ticarət, daxili təhlükəsizlik tatibləri və ABŞ Ticarət Nümayəndəsi ilə məsləhətləşmələr apararaq Hindistanla bağlı əlavə tədbirlər görüb-görməməyim və hansı dərəcədə görməyim barədə tövsiyələr verəcək. Hindistandan mal idxalına əlavə 25% rüsumu bərpa edib-etməməyim də daxil olmaqla", - deyə sənəddə vurğulanıb.