IMG-LOGO

AŞF prezidenti: Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondunun artırılması nəzərdə tutulub

06 Feb 2026 21:33 2 baxış
IMG

2027-ci ildə şahmat üzrə Azərbaycan çempionatının mükafat fondunun artırılması nəzərdə tutulub.

"Report" xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov ölkə çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Qurum rəhbəri yarışla bağlı təəssüratlarını bölüşüb:

"Bu dəfəki Azərbaycan çempionatı da maraqla gözlənilir. Çempionat olimpiya sistemi üzrə FİDE oyun qaydaları əsasında təşkil olunacaq. Bildiyiniz kimi yarışın mükafat fondu artılıb. Gələn il mükafat fondunun bir qədər də artırılması nəzərdə tutulub. Bütün şahmatçılar çempionatda yer alıb. Bəzi qrosmeysterlər yarışa qatıla bilməyiblər. Şahmatçılardan Vasif Durarbəyli Amerikada yaşayır. Namiq Quliyev isə Fransadan gələrək, turnirə qatılmalı idi. Teymur Rəcəbova gəldikdə isə o, şahmatın klassik növündə təşkil olunan yarışlara az-az qatılır. Qadınların yarışında bütün güclü oyunçular mübarizə aparacaqlar. Bildirməliyik ki, ölkə çempionatında yer almayan şahmatçılar Azərbaycan Şahmat Federasiyasının yardım proqramından məhrum olurlar".

Qeyd edək ki, Azərbaycan çempionatına 46 şahmatçı qatılacaq. Turnir 6-22 fevral aralığında təşkil olunacaq. Kişi şahmatçılarda 30, qadınlarda isə 16 iştirakçı mübarizə aparacaq. Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.

Xəbər lenti