IMG-LOGO

AAYDA İdarə Heyətinin sədri təyin edilən Vüsal Nəsirli kimdir? - BİOQRAFİYA

06 Feb 2026 19:36 2 baxış
IMG
4 0

Prezident İlham Əliyevin sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib.

Lent.az Vüsal Nəsirlinin tərcümeyi halını təqdim edir. 

1978-ci ildə İmişli şəhərində anadan olub.

2000-ci ildə Qafqaz Universitetinin İnzibati idarəetmə fakültəsinin Dövlət və bələdiyyə  idarəetməsi ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr pillələrini bitirib.

2009-2013-cü illərdə İqtisadi İnkişaf  Nazirliyində "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.

Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.

Evlidir, iki övladı var.

Vüsal Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri

Xəbər lenti