İtaliyada 30 yaşlı kişi özünü maşının altına ataraq sevgilisini öz həyatı bahasına xilas edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Siciliyanın Favinyana kommunasında baş verib. Həmin axşam Manuel Pyatsa və Annalisa Tartamella restorandan çıxıb dayanacaqdan keçərək maşınlarına doğru gediblər. Elə bu anda kişi başqa bir maşının sürətlə yaxınlaşdığını görüb.
Pyatsa Tartamellanı qorumağı və zərbəni tam özünə götürməyi bacarıb. Hər ikisi yaralanıb, lakin kişi daha ağır yaralanıb və komaya düşüb. Əvvəlcə Trapanidəki xəstəxanaya aparılıb, daha sonra Palermodakı tibb mərkəzinə köçürülüb. Həkimlər italiyalının həyatını xilas etmək üçün dörd gün mübarizə aparıblar, lakin onu xilas edə bilməyiblər.
Məlumdur ki, Pyatsa Milan yaxınlığında yaşayıb və mebel düzəldib. O, sevgilisini ziyarət etmək üçün Siciliyaya gəlib. Polis hələlik qəzaya görə məsuliyyət daşıyan şəxsin adını açıqlamayıb. Tartamella xəstəxanada qalır, vəziyyəti o qədər də qorxulu deyil.
Hadisələr