IMG-LOGO

Məşhur müğənni "çılpaq" libası ilə heyranlarını TƏƏCCÜBLƏNDİRDİ

06 Feb 2026 18:55 3 baxış
IMG
0 0

Kolumbiyalı müğənni Karol G Los-Ancelesdə keçirilən 68-ci Qremmi mükafatları mərasiminə cəsarətli geyimi ilə qatılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mərasim Los-Anceles şəhərində baş tutub və sənətçi açıq tərzli obrazı ilə diqqət mərkəzinə düşüb. Karol G üzərində Paolo Sebastian brendinin 2025-ci il payız–qış kolleksiyasına aid, parıltılı detallarla və çiçək naxışları ilə bəzədilmiş firuzəyi-boz çalarlı krujevalı paltar olub.

Libas bədənə oturan silueti, dekolteli kəsimi, düymə detalları, ətək hissəsində saçaqları və uzun şleyfi ilə seçilib. Obraz ümumilikdə səhnə üslubuna uyğun cəsarətli və diqqətçəkən görüntü yaradıb.

 

Karol G Grammy Mükafatları

Xəbər lenti