Fransanın paytaxtı Parisdə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.
"Report" xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.
Dünya Cüdo Turu seriyasına daxil olan ilin ilk yarışında Azərbaycan 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq. Beynəlxalq turnirdə 78 ölkədən 488 cüdoçu iştirak edəcək.
Paris "Böyük Dəbilqə"sinin təsnifat mərhələsinin görüşləri sabah Bakı vaxtı ilə saat 11:00-dan, final bloku isə 20:00-dan etibarən start götürəcək.
Kişilər
60 kq, 1/16 final
Balabəy Ağayev – Kim Hvasu (Koreya) / Fransisko Qarriqos (İspaniya) cütünün qalibi ilə
66 kq, 1/16 final
Nazir Talıbov – Migel Qaqo (Portuqaliya) / Erbol Abasbekov (Qırğızıstan) cütünün qalibi ilə
Ruslan Paşayev – Yusuf Nurkoviç (Monteneqro) / Bence Ponqrats (Macarıstan) cütünün qalibi ilə
81 kq, 1/16 final
Zelim Tçkayev – Vanq Cian-nan (Çin) / Lova Mahaisoa Randrianasolo (Madaqaskar) cütünün qalibi ilə
Vüsal Qələndərzadə – Saşa Jiqli (Fransa) / Mixaylo Svidrak (Ukrayna) cütünün qalibi ilə
100 kq, 1/16 final
Əjdər Bağırov – Denis Sedrik Nquyassa Bekai (Mərkəzi Afrika Respublikası)
+100 kq, 1/16 final
Uşanqi Kokauri – Marvin Belz (Almaniya)
Kənan Nəsibov – Ştefan Heqi (Avstriya)