IMG-LOGO

Aİ-nin İrana siyasi təsir gücü azalıb - İCMAL

06 Feb 2026 18:41 2 baxış
IMG

Avropa İttifaqı (Aİ) hələ də diplomatiya və danışıqları İranın nüvə probleminin uzunmüddətli həllinin yeganə yolu hesab edir.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Anita Hipper Brüsseldə keçirilən brifinqdə ABŞ və İran arasında Omanda başlayan danışıqlarla bağlı sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas həm nüvə danışıqları, həm də nüvə silahının yayılmaması ilə bağlı müqavilə çərçivəsində razılaşdırılmış həll yolunun tapılmasına dəstək verməyə davam edəcək.

Eyni zamanda, "Chatham House"un İran üzrə eksperti Anise Bassiri Tabrizi hesab edir ki, İrana qarşı yeni sanksiyaların tətbiqi və SEPAH-ın terror təşkilatı kimi tanınması Aİ-nin İrana təsir gücünü azaldıb, yaxud tamamilə aradan qaldırıb.

Xəbər lenti