IMG-LOGO

Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi energetika, ticarət və maliyyə xidmətlərini əhatə edəcək

06 Feb 2026 18:45 2 baxış
IMG

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı növbəti, 20-ci sanksiyalar paketi energetika, ticarət və maliyyə xidmətlərini əhatə edəcək.

"Report" xəbər verir ki, "Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.

O qeyd edib ki, yeni sanksiyalar paketində Aİ məhdudlaşdırıcı tədbirləri Rusiya neftinin daşınması üçün istifadə olunan daha 43 tankerə şamil edəcək. Bundan əlavə, paketə Rusiya neftinin daşınmasına xidmət göstərilməsinə qadağa da daxil ediləcək.

"Mən üzv dövlətləri bu yeni sanksiyaları tez bir zamanda təsdiqləməyə çağırıram. Bu, müharibənin dördüncü ildönümü ərəfəsində güclü bir siqnal olacaq: azad və suveren Ukraynaya sadiqliyimiz sarsılmazdır. Üstəlik, o, hər gün, hər ay, hər il daha da güclənir", - o vurğulayıb.

"Yeni sanksiyalar paketi energetika, maliyyə xidmətləri və ticarəti əhatə edir. Energetika sahəsində biz Rusiya neftinin dəniz vasitəsilə daşınmasına tam qadağa tətbiq edirik. Bu, Rusiyanın enerji daşıyıcılarından əldə etdiyi gəlirləri daha da azaldacaq və nefti üçün alıcı tapmağı çətinləşdirəcək", - fon der Lyayen deyib.

Xəbər lenti