IMG-LOGO

Azərbaycanda ilk dəfə keçirilən fərdi intellektual yarışda 700-dən çox gənc iştirak edib

06 Feb 2026 17:02 2 baxış
IMG

Azərbaycanda ilk dəfə keçirilən fərdi intellektual yarışda 700-dən çox gənc iştirak edib.

"Report" xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev "GəncVizyon" ideyatonunun II günündə jurnalistlərə açıqlamasında deyib.

Y.Vəliyev tədbirlərdə iştirak edən gənclərin sayı ilə bağlı bildirib ki, bu, Azərbaycan tarixində ilk dəfə bu miqyasda keçirilən fərdi intellektual yarışdır".

Onun sözlərinə görə, bu müsabiqənin əsas məqsədi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq gənclərin təşəbbüskarlığının inkişafı və innovativ gənc nəslin formalaşmasına töhfə verməkdir:

"Ümumilikdə, Gənclər Fondu tərəfindən Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər proqramı həyata keçirilib. İlk olaraq, 3000-dən artıq gəncin iştirakı ilə Gənclər Festivalı təşkil olunub. Daha sonra ölkənin ən böyük intellektual yarışı keçirilib. İdeyatonda seçim mərhələsindən sonra 40 komanda mübarizə aparıb".

Xəbər lenti