ABŞ hazırkı şəraitdə yalnız bir ölkə ilə nüvə silahları üzrə saziş bağlamağı uyğun hesab etmir.
"Report" xəbər verir ki, bunu ABŞ dövlət katibinin silahlanmaya nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Tomas DiNanno bildirib.
Onun sözlərinə görə, dünyanın iki ən böyük nüvə dövləti - ABŞ və Rusiya üçün məhdudiyyətlər müəyyən edən START-ın (Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi) müddətinin uzadılması nə ABŞ-yə, nə də bütövlükdə dünyaya fayda verməyəcək, çünki bu saziş yarımçıqdır və Çini əhatə etmir.
"Bu gün ABŞ bir neçə nüvə dövlətinin təhdidləri ilə üzləşir. Qısaca desək, 2026-cı ildə və sonrasında yalnız bir nüvə ölkəsi ilə ikitərəfli müqavilənin olması yersizdir", - Dövlət Departamentinin nümayəndəsi Cenevrədə konfransda çıxışı zamanı bildirib.
Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi – Rusiya və ABŞ arasında strateji nüvə silahları arsenallarının qarşılıqlı şəkildə azaldılması haqqında ikitərəfli müqavilədir.