"Sağlam məhəllə" layihəsi ölkənin müxtəlif bölgələrində həyata keçiriləcək.
Bunu "Report"un Naxçıvan bürosuna açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.
Nazir sözügedən layihənin ölkədə idmanın kütləviliyinə yönəldiyini vurğulayıb:
"Sevindirici haldır ki, uşaqlar idmanın kütləviliyinə yönəlmiş bu layihəyə böyük maraq göstərirlər. Artıq uşaqlar asudə vaxtlarını sağlam və faydalı şəkildə keçirmək üçün bu məhəllə idman məkanlarından istifadə edəcəklər. Qarşıdakı illərdə layihənin miqyasının genişləndirilməsi nəzərdə tutulur. İlk mərhələdə Naxçıvanda icra olunan belə layihələr gələcəkdə Azərbaycanın digər bölgələrində də həyata keçiriləcək".
Qeyd edək ki, fevralın 6-da Naxçıvan Muxtar Respublikası (MR) Babək, Culfa və Şahbuz rayonlarında "Sağlam məhəllə"lərin açılışı olub.