IMG-LOGO

General Aleksandr Sırski: Ukraynanın ordu birləşmələri əks-hücum əməliyyatlarına başlayıb

06 Feb 2026 14:53 52 baxış
IMG

Ukraynanın ordu birləşmələri fəal şəkildə növbəti hücum və əks-hücum əməliyyatlarına başlayıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, ordu generalı Aleksandr Sırski Kiyevdə bir qrup jurnalistlərlə görüşdə cəbhədəki son durumu açıqlayarkən deyib.

O bildirib ki, ayrı-ayrı istiqamətlərdə toqquşmaların təxminən dörddə biri məhz Ukrayna bölmələrinin hücum əməliyyatlarından ibarətdir:

"Ordunun əsas məqsədi düşməni daimi gərginlikdə saxlamaq, ona itkilər vermək və irəliləməsinə imkan verməməkdir. Belə taktika nəticə verir. Çünki yanvar ayında düşmən heç bir əhəmiyyətli əməliyyat uğuru əldə etməyib".

Mənbə: report.az

Xəbər lenti