IMG-LOGO

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı: PUA-ların effektivliyi 33 faiz artıb

06 Feb 2026 15:01 3 baxış
IMG

Ukrayna Silahlı Qüvvələrində pilotsuz uçuş aparatlarının effektivliyi son bir ildə 33 faiz artıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, ordu generalı Aleksandr Sırski Kiyevdə bir qrup jurnalistlərlə görüşdə bildirib.

"Pilotsuz sistemlərin daha da genişləndirilməsi və təkmilləşdirilməsi davam etdirilir. 2025-ci ilin yayından onların düşmənin məhv edilməsindəki effektivlik payı 4%-dən 33%-ə qədər artıb", - o deyib.

General bildirib ki, hazırda dronlar cəbhədəki bütün atəş effektivliyinin ümumi payının təxminən 60 faizini, artilleriya isə 40 faizini təşkil edir:

"Amma texnoloji faktordan söhbət gedəndə, bəzən unuduruq ki, bütün bu vasitələri insanlar idarə edir. Beləliklə, mənəvi-psixoloji faktor və insanlarımız haqqında qayğı, onların təhlükəsizliyinin maksimum təmin edilməsi bizim üçün əsas istiqamətdir" - deyə, Ukrayna SQ Baş komandanı vurğulayıb.

Xəbər lenti