IMG-LOGO

Peskov Əbu-Dabi danışıqlarını "konstruktiv iş" kimi səciyyələndirib

06 Feb 2026 13:44 39 baxış
IMG

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Əbu-Dabidə üçtərəfli danışıqları "konstruktiv və mürəkkəb iş" kimi səciyyələndirib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, o bunu jurnalistlərə açıqlamasında bildirib,

"İki gün ərzində konstruktiv və eyni zamanda, çox mürəkkəb iş aparılıb. Bu iş davam etdiriləcək", - o vurğulayıb.

Qeyd edək ki, fevralın 4-də BƏƏ-nin paytaxtında Ukrayna, Rusiya və ABŞ-nin texniki qrupları arasında danışıqların növbəti raundunun birinci günü olub. Danışıqların birinci raundu da yanvarın 23-24-də Əbu-Dabidə baş tutmuşdu, fevralın 1-nə planlaşdırılan görüş isə fevralın 4-5-nə təxirə salınmışdı.

Mənbə: report.az

Xəbər lenti