IMG-LOGO

Batut gimnastikası və tamblinq üzrə Bakıda keçiriləcək Dünya Kubokuna qatılacaq ölkələr müəyyənləşib

06 Feb 2026 13:54 3 baxış
IMG

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, "AGF Trophy"də iştirak edəcək ölkələr müəyyənləşib.

Azərbaycan Gimnastika Federasiyasından "Report"a verilən məlumata görə, yarışda Azərbaycan təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Polşa, Türkiyə, ABŞ-dən olan və neytral idmançılar mübarizə aparacaqlar.

Gimnastlar fərdi və sinxron proqramlar üzrə yarışacaqlar.

Qeyd edək ki, turnir fevralın 21-22-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

Xəbər lenti