IMG-LOGO

Həndbol üzrə yeniyetmə oğlanlar arasında Lənkəran birinciliyinin mükafatçılar bəlli olub

06 Feb 2026 12:52 3 baxış
IMG

Lənkəran Olimpiya İdman Kompleksində həndbol üzrə 2012-2013-cü il təvəllüdlü yeniyetmə oğlanlar arasında rayon birinciliyində mükafatçılar bəlli olub.

Azərbaycan Həndbol Federasiyasından "Report"a verilən məlumata görə, Lənkəranın ümumtəhsil məktəblərini təmsil edən 16 komanda 2 qrupda mübarizə aparıb.

İki gün davam edən yarışın finalında Lənkəran şəhər 2 və 6 saylı orta məktəblərin komandaları üz-üzə gəliblər.

Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşmədiyi üçün tərəflər 7 metrlik cərimə zərbələri ilə mübarizəyə yekun vurublar.

Penaltiləri daha dəqiq yerinə yetirən 2 saylı tam orta məktəbin komandası turnirin qalibi olub. Şıxakəran tam orta məktəbin komandası isə üçüncü yeri tutub.

Qaliblərə diplomlar və hədiyyələr təqdim olunub. Reqlamentə əsasən, şəhər 2 saylı məktəbin komandası kubokla yanaşı, Azərbaycan birinciliyinin zona yarışlarına vəsiqə qazanıb.

Xəbər lenti